"Xankəndidə suverenliyimizi təmin etmək bəlkə də saatlar çəkməz" - Deputat
    • 21-08-2023, 16:31
    • 162

"Xankəndidə suverenliyimizi təmin etmək bəlkə də saatlar çəkməz" - Deputat

"Yer üzündə ermənilər qədər həyasız ikinci bir ünsür tapmaq çətindir. Haray-həşir qoparıb deyirlər ki, bəs dünya, gəl Qarabağdakı erməniləri aclıqdan, ola biləcək soyqırımdan xilas elə. Əvvəla, indi dünya XX əsrin əvvəlləri deyil ki, dövlətləri və xalqları aldadasan. Dünya çox kiçikdir. Harada nəyin və necə baş verdiyini maraqlananlar yaxşı bilir. Bu ermənilərdən soruşmaq gərəkdir ki, acından ölən məgər keyf məclisləri qurar? Xankəndi küçələrində avtoşluq edər? Əgər adam acdırsa, nə fərqi var onun üçün ərzaq hansı yolla gətirilir?"

News24.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı özünün feysbuk hesabında yazıb.

Millət vəkili qeyd edib ki, bu ünsürlə ancaq anladığı dillə danışanda yumşalır və yola gəlmək barədə düşünür:

"Onda da əgər özü müstəqil olarsa. Belə davranışları ilə onlar “gəl, başımı əz” deyirlər.

M.Qasımlı vurğulayıb ki, Azərbaycanın mövqeyi haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanır.

"Dövlətimiz heç bir məsələni zor gücünə həll etmək, qan tökmək istəmir. Dünya ərazi bütövlüyümüzü tanıyıb. Xankəndidə suverenliyimizi kiçik bir qüvvə ilə təmin etmək bəlkə də saatlar çəkməz.

Ermənilər anlamalıdırlar ki, onların iki yolu var: ya Azərbaycan qanunlarını qəbul edib bütün vətəndaşlar kimi bərabər yaşamalıdırlar, ya da şələ-şülələrini yığışdırıb getməlidirlər. Olmayan, uydurma soyqırımı ağlaşmalarına dünya inanmır və heç kim də gəlib bunlar üçün döyüşməyəcək. Uzaqbaşı mənasız kağız parçası olan bəyanatlar veriləcək. Tarix də bunu göstərib", - deyə deputat fikrini yekunlaşdırıb.

AYLİN