Zelenski Danimarka kraliçası ilə görüşüb
    • 21-08-2023, 16:54
    • 93

Zelenski Danimarka kraliçası ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Danimarka kraliçası II Marqret ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə prezident özü teleqram kanalında məlumat yayıb.

Zelenski  kral ailəsinə Danimarka və Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların humanitar səylərini dəstəklədiyinə görə təşəkkür edib. Bundan əlavə, o, Kiyevə humanitar, maliyyə və hərbi yardıma görə ölkə hakimiyyətinə minnətdarlığını bildirib.

Bundan əvvəl Ukrayna prezidenti ABŞ Respublikaçılar Partiyasının üzvü , Nyu-Cersi ştatının keçmiş qubernatoru Kristofer Kristi ilə görüş keçirib.

Aynurə