Azərbaycanda itlərə görə təyyarə GECİKDİ - YENİLƏNDİ
    • 21-08-2023, 18:26
    • 198

Azərbaycanda itlərə görə təyyarə GECİKDİ - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları”nın Milan - Bakı reysində gecikmə baş verib.

News24.az xəbər verir ki, bu barədə Demokrat.az-a məlumat verən sərnişinlər bildiriblər ki, 3 saatdan çox davam edən ləngimə digər bir sərnişinin itlərinin təyyarəyə gətirilməsində  gecikmə səbəbindən yaranıb.

İtlərə görə təyyarənin gecikdirilməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxladıq. 

O, saytımıza açıqlamasında qeyd etdi ki, təyyarə artıq yola düşüb:

"Təyyarə artıq havaya qalxıb. Yerli vaxtla saat 20:40-da Bakıya çatacaq".

***

17:01

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Milandan Bakıya planlaşdırılan təyyarəsinin uçuşu 3 saatdan çoxdur ki,  gecikir.

News24.az bildirir ki, bu barədə Demokrat.az-a həmin reysin sərnişinləri məlumat verib.

Məlumata görə, təyyarənin yubanmasına səbəb həmin reyslə uçan sərnişinin itlərinin hava limanına gətirilməsində gecikmədir.

İtlərə görə təyyarənin gecikdirilməsi sərnişinlərin ciddi narazılığına səbəb olub. 

Məsələ ilə bağlı AZAL-dan heç bir açıqlama verilməyib.