-
- 25-07-2019, 23:15
- 1 115
Bakının “Neftçi” klubu səfərdə “Arsenal”ı (Tula) minimal hesabla məğlub edib
İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Neftçi” klubu Rusiyanın “Arsenal” (Tula) komandasının qonağı olub.
News24.az xəbər verir ki, Tula şəhərindəki mərkəzi stadionda keçirilən görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.
Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Lamek Banda və Aleksandru Tudorie meydana çıxıblar.
Albaniyalı baş hakim Enea Jorgjinin idarə etdiyi oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda hesabı açmağa yaxın olsa da, birinci hissəyə əlavə olunmuş vaxtda “Neftçi” istəyinə nail olub. Belə ki, 46-cı dəqiqədə Dario Frederikonun qolu Bakı təmsilçisini hesabda önə çıxarıb. Matçın birinci hissəsi “Neftçi”nin minimal üstünlüyü ilə başa çatıb – 1:0.
Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb.
Beləliklə, “Arsenal” (Tula)-“Neftçi” oyunu Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandaların cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.
Qeyd edək ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” klubunu mübarizədən kənarlaşdırıb.