Şiddətli döyüşlər gedir - Sakinlər təxliyə edilir
    • 22-08-2023, 11:14
    • 77

Şiddətli döyüşlər gedir - Sakinlər təxliyə edilir

Ukrayna qüvvələrinin ölkənin cənub istiqamətindəki əks-hücumuna cavab olaraq Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki Kupyansk şəhərinə hücum edib. 

News24.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları və könüllülər mülki insanları təxliyə edirlər.

Qeyd olunur ki, şəhərdə vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Təxminən 5 kilometr aralıda yerləşmiş Rusiya qüvvələri şəhəri tutmaq məqsədi ilə Kupyanska hücum edir.

Ukrayna hərbçilərinin sözlərinə görə, şəhər dəmir yolu qovşağı olduğu üçün strateji əhəmiyyət kəsb edir və qarşıda şiddətli döyüşlər gedir.

Xatırladaq ki, Kupyansk 7 ay rusların nəzarətində olsa da, ötən ilin sentyabrında Ukrayna silahlı qüvvələri onu azad etməyə müvəffəq olub.

Akqabay