Hitlerin evi polis idarəsinə çevriləcək – MARAQLI SƏBƏB
    • 22-08-2023, 11:16
    • 151

Hitlerin evi polis idarəsinə çevriləcək – MARAQLI SƏBƏB

Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Avstriya hökuməti qərar verib.

Almaniya ilə sərhəddəki Braunau şəhərində yerləşən binada oktyabrın 2-də təmir başlayacaq. 2026-cı ildə isə binaya polis əməkdaşları və hüquq müdafiəşiləri köçürüləcək.

Binanın təyinatının dəyişdirilməsi uzun illərdir müzakirə olunsa da, vəsait çatışmazlığına görə təxirə salınırdı. İndi hökumət bu iş üçün 20 milyon avro ayırıb. Təmirdən sonra tikilidə Hitlerlə bağlı heç bir nişanə saxlanmayacaq. Məqsəd ifrat sağçı və neofaşistlər arasında Hitlerə pərəstişi aradan qaldırmaqdır. 

Qeyd edək ki, Adolf Hitler sözügedən binada 20 aprel 1889-cu ildə anadan olub və uşaqlıq illərini keçirib.