İŞİD lideri öldürüldü
    • 2-05-2024, 23:22
    • 135

İŞİD lideri öldürüldü


İŞİD-in yüksək rütbəli komandiri - "Hiqqo" ləqəbli Əbu Huzeyfə öldürülüb. 

News24.az Unikal-a istinadla xəbər verir ki, harada olduğu barədə məlumat verənə görə 5 milyon dollar mükafat təyin edilən İŞİD üzvü Mali, Burkina Faso və Nigerdən olan hərbçilər də daxil olmaqla təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

O, Malinin şimalındakı Menaka bölgəsindəki İndelimane qəsəbəsində keçirilən əməliyyat zamanı öldürülüb.

Mərakeş vətəndaşı olan Əbu Huzeyfə Afrikada ABŞ əsgərlərinə qarşı bir sıra hücumlarla tanınır. 2017-ci ildə Nigerin Tonqo Tonqo şəhərində ABŞ xüsusi təyinatlıları komandasına hücum olub və nəticədə dörd ABŞ və dörd nigeriyalı əsgər və bir mülki tərcüməçi həlak olub.

O vaxtdan bəri ABŞ Ordusu onun harada olduğu barədə məlumat verən hər kəsə 5 milyon dollar mükafat vəd edib.