-
- 22-08-2023, 13:06
- 341
Şimali Koreya hərbi peyk buraxmağı PLANLAŞDIRIR
Yaponiya hökuməti KXDR-in avqustun 24-dən 31-dək hərbi peyk buraxacağı barədə bildiriş alıb.
News24.az xəbər verir ki, bu barədə Kyodo News yazır .
Nəşrin məlumatına görə, plan mayın sonunda uğursuzluqla başa çatan hərbi kəşfiyyat peykinin buraxılması üzrə ikinci cəhddir.
Yaponiya Sahil Mühafizəsi buraxılışla bağlı üç təhlükə zonası barədə məlumatlandırılıb. Onlardan ikisi Koreya yarımadasının qərbində, digəri Filippinin Luzon adasının şərqində yerləşir.
Xatırladaq ki, mayın 31-də Şimali Koreyanın kəşfiyyat peykinin buraxılışı uğursuzluqla başa çatıb. Tədbiri KXDR hakimiyyəti "ən ciddi çatışmazlıq" adlandırıb.
Yaponiyanın baş naziri Fumio Kişida KXDR-in Yerin süni peykini buraxmaq planları ilə bağlı “gözlənilməz vəziyyətlərə” hazırlaşmağa çağırıb.
Aynurə