Qaxda çürümüş təcili yardım maşını, yararsız xəstəxana - FOTOLAR
    • 23-08-2023, 15:11
    • 463

Qaxda çürümüş təcili yardım maşını, yararsız xəstəxana - FOTOLAR

Qaxın İlisu kəndində kənd həkim məntəqəsi baxımsızlıqdan yararsız hala düşüb.

News24.az-a verilən məlumata görə,  xəstəxana binasının pəncərələri qırıq, bina isə tam köhnə vəziyyətdədir. Tibb məntəqəsi üçün ayrılan təcili tibbi yardım maşını isə SSRİ dövründən bəri dəyişdirilməyib. 

İddialarla bağlı Qax rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-dən bildirildi ki, kənd həkim məntəqəsi publik-hüquqi şəxsə aiddir. 

Sözügedən şəxslə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. 

Qumral Əliyeva