Ukrayna bir neçə ölkə ilə müqavilələrini pozdu
    • 23-08-2023, 18:28
    • 177

Ukrayna bir neçə ölkə ilə müqavilələrini pozdu

Ukrayna Rusiya Federasiyası, Suriya, İran, Belarusiya və MDB daxilində bir sıra müqavilələri pozub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, parlament növbəti iclasında Rusiya, Belarus , İran , Suriya ilə bir sıra sazişlərə xitam verib , həmçinin MDB çərçivəsində bağlanmış bəzi beynəlxalq müqavilələrdən də çıxıb. 

O vurğulayıb ki, Ukrayna ilə Rusiya Federasiyası arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş də ləğv edilib . Bundan əlavə, deputatlar Ukrayna və Belarus arasında əmək fəaliyyəti və vətəndaşların sosial müdafiəsi haqqında sazişi pozublar.

Ukrayna MDB çərçivəsində bağlanmış bəzi beynəlxalq müqavilələrdən də çıxıb.

MDB-dən isə bildirilib ki, Ukrayna de-yure hələ də MDB-nin tərkibində qalır.

O, qeyd edib ki, Kiyev faktiki olaraq Birliyin işində iştirak etməsə də və onun çərçivəsində 80-ə yaxın sazişi denonsasiya etsə də, MDB vasitəsilə imzalanmış 150-dən çox beynəlxalq müqavilə hələ də Ukraynaya şamil olunur.

Qumral