“Araz-Naxçıvan” bu gün Almaniya çempionu ilə qarşılaşacaq
    • 24-08-2023, 09:41
    • 144

“Araz-Naxçıvan” bu gün Almaniya çempionu ilə qarşılaşacaq

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

News24.az report-a istinadən xəbər verir ki,Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirəcək.

Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Almaniya çempionu “Yan Reqensburq”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (20:00) üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, II tur

24 avqust

15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Yan Reqensburq” (Almaniya)

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.