Rza Şəhabinin həyatı təhlükədədir - SƏBƏB
    • 24-08-2023, 17:50
    • 198

Rza Şəhabinin həyatı təhlükədədir - SƏBƏB

Tehranın Evin zindanında saxlanılan Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü Rza Şəhabinin həyatı təhlükədədir.

News24.az xəbər verir ki, bu barədə Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı bəyanat yayıb.

Bildirilib ki, Rza Şəhabinin səhhətinin ağır olmasına və həkim heyətinin onun təcili əməliyyat edilməsi barədə qərarına baxmayaraq, işçi hərəkatı fəalının xəstəxanaya köçürülməsinə icazə verilmir.

"Bu, Rza Şəhabinin həyatına qarşı məqsədli sui-qəsddir, baş verəcək xoşagəlməz hadisəyə görə hakimiyyət və həbsxana rəhbərliyi məsuliyyət daşıyır" - deyə, həmkarlar ittifaqının bəyanatında bildirilib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir. O, "hökumətə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətinə görə 6 il məhkumluq həyatı yaşayıb. O, həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdır.

Aynurə