Trampın oğlu həbsxanada atasının şəkli olan köynəkləri SATIR
    • 25-08-2023, 12:17
    • 177

Trampın oğlu həbsxanada atasının şəkli olan köynəkləri SATIR

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu Fulton dairə həbsxanasında çəkilmiş atasının şəkli olan köynək və posterləri onlayn mağazasında satmağa başlayıb.

News24.az xəbər verir ki, "T-shirt"i 29,9 dollara, posteri isə 19,9 dollara satışa çıxarılıb. Siyasətçinin oğlu qeyd edib ki, onların satışından əldə olunan bütün gəlirlər məhkəmə xərclərini ödəniləcək.

"Bir çoxlarından fərqli olaraq, mən özümə fayda verməyə çalışmayacağam, amma kömək etmək üçün əlimdən gələni edəcəyəm", - Tramp Jr yazıb.

Aynurə