Azərbaycanda polis 2 aydır bu qızı AXTARIR
    • 25-08-2023, 12:52
    • 600

Azərbaycanda polis 2 aydır bu qızı AXTARIR

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 05.07.2023-cü il tarixində Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

News24.az xəbər verir ki, Zəkirə itkin düşən zaman üzərində boz rəngli köynək və qara rəngli şalvar olub.

Boyu 152 sm, gözləri qonur rəngdədir.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Z.Mirzəyevanın 2021-ci ildə də itkin düşdüyü və bir müddət sonra polis tərəfindən rayon ərazisində taparaq ailəsinə təhvil verildiyi bildirilir.