Paşinyan onları istefaya göndərir - Zəngəzur səfərində NƏ BAŞ VERİB?
    • 26-08-2023, 11:22
    • 332

Paşinyan onları istefaya göndərir - Zəngəzur səfərində NƏ BAŞ VERİB?

“Nikol Paşinyanın yaxın vaxtlarda bir neçə naziri istefaya göndərəcəyi ilə bağlı xəbərlər yayılıb. Hələlik bunu gizli saxlayırlar, çünki dəyişiklikləri payızda, oktyabrda etmək niyyətindədirlər və qərar qəti deyil. Bəzi məlumatlara görə, gedənlər arasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da ola bilər”.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, ötən həftə Zəngəzura səfəri zamanı Paşinyan rəhbərlik etdiyi sektorun bəzi çatışmazlıqlarını göstərib və onu müşayiət edənlərə bu barədə eyham vurub. 

“Paşinyanı tanıyan və onun ətrafında olanlar bilir ki, bu qərar hər dəqiqə dəyişə bilər. Hökumətdəki mənbələrimiz Sanosyanın İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə seçkiqabağı qərargah rəisinin müavini təyin olunmasını təsadüfi hesab etmir”, - nəşr qeyd edib.

Akqabay