Bakıda yaşayış binasında YANĞIN
    • 26-08-2023, 14:08
    • 112

Bakıda yaşayış binasında YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.