Bakıda yaşayış binasında yanğın baş verdi
    • 3-05-2023, 00:22
    • 237

Bakıda yaşayış binasında yanğın baş verdi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.