Bakıda yaşayış binasında YANĞIN
    • 26-07-2022, 16:06
    • 252

Bakıda yaşayış binasında YANĞIN

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən News24.az-a verilən məlumata görə, Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının giriş hissəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac, birinci və ikinci mərtəbələr arasında 15 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.