Rayonlarda yaz ağac əkini aksiyaları davam etdirilir - FOTO
    • 11-03-2019, 13:15
    • 881

Rayonlarda yaz ağac əkini aksiyaları davam etdirilir - FOTO

Rayonlarda yaz ağac əkini aksiyaları davam etdirilir

ETSN-nin  Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, “Bu yaz özün bir təbiət yarat!” devizi altında  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.  

Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə  53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.