Bakı metrosunun ilk xanım maşinisti işdən ÇIXARILDI -VİDEO
    • 28-08-2023, 11:48
    • 535

Bakı metrosunun ilk xanım maşinisti işdən ÇIXARILDI -VİDEO

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

News24.az sosial şəbəkədə onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza faktı təsdiq edib: 

“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

Maşinist xanımın telefonla danışdığı üçün işdən çıxarılması barədə danışan mətbuat katibi qeyd etdi ki, G.Həbibli təlimatları pozduğuna görə maşinist vəzifəsindən azad edilib:

""Bakı Metropoliteni"ndə qaydaları əməl olunmasına ciddi nəzarət edilir. Ona görə, kimliyindən asılı olmayaraq, qaydaları pozan hər kəs cəzalandırılır. Xüsusən, maşinistlər metropolitenin siması olduğu üçün onların bu qaydalara ciddi əməl etməsi tələb olunur". 

Xatırladaq ki, G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlayıb.

AYFƏR