Qaraçılar etiraz aksiyasına başladı - FOTO
    • 29-08-2023, 17:00
    • 229

Qaraçılar etiraz aksiyasına başladı - FOTO

Balkan qaraçıları Kosovonun Qraçanitsa şəhərində öz icmasının üzvlərindən birinin yerli polis tərəfindən vəhşicəsinə döyülməsi və buna bənzər hadisələrə görə kütləvi etiraz aksiyasına çıxıblar. 

News24.az xəbər verir ki, bu barədə "Kosovo online" məlumat yayıb.

Portalın məlumatına görə, polis idarəsinin qarşısına toplaşan etirazçılar “Zorakılığa son!”, “Biz hamı üçün ədalət istəyirik!” şüarları səsləndiriblər.

Opre Roma assosiasiyası bəyan edib ki, avqustun 19-da Burhan İbrahimoviç Qraçanitsada polis bölməsində şiddətli döyülüb.

Qaraçı icmasının nümayəndələrinin sözlərinə görə, belə döyülmə halları vaxtaşırı baş verməkdədir.

Aynurə