ABŞ "super əsgər" yaradır
    • 30-08-2023, 11:19
    • 96

ABŞ "super əsgər" yaradır

ABŞ-ın ən gizli texnologiya proqramlarını həyata keçirən bölmə olan Pentaqona bağlı DARPA “super əsgər” yaratmaq üçün xüsusi çip layihəsi yaradıb.

News24.az xəbər verir ki, əsgərlərin beyninə yerləşdirilən çiplə qorxu hissi yox edilərkən, səs və söz çıxarmadan necə ünsiyyət qura biləcəkləri üzərində də çalışırlar.

Layihə, müharibədə şoka düşən, düşünmə və qərar vermə sürətini itirən, döyüş travması keçirən və bədən üzvlərini itirən əsgərlərin əvvəlkindən daha təsirli olması ilə bağlı araşdırmaların inkişafı ilə yaradılıb. Nəşrə danışan Dr. Ling ilk nəticənin əl-ayaq kimi itirilmiş əzaların süni əzalarla əvəz edilərək kompüterlər vasitəsilə beyin dalğalarına ötürülməsi ilə əldə edildiyini bildirib.

2019-cu ildən etibarən DARPA travmatik əsgərlərin, eləcə də travma və əzalarını itirmədən əsgərlərin döyüş qabiliyyətinin necə inkişaf etdirilməsi ilə bağlı araşdırmalara başlayıb. Əldə edilən məlumata görə, tədqiqat aşağıdakı istiqamətlərə yönəldilib:

- Döyüş meydanında əsgərlər arasında heç bir səs və ya söz olmadan ünsiyyət qurulması.

- Əsgərin beyninə yerləşdiriləcək çiplə pilotsuz uçuş aparatları ilə ünsiyyət qura bilməsi.

- Beyninə yerləşdiriləcək çiplə döyüş anının qorxusunu aradan qaldırmağa imkan verməklə əsgəri daha ölümcül etmək.

Aydan