Türkiyə Belçikaya nota verib
    • 11-03-2019, 17:55
    • 845

Türkiyə Belçikaya nota verib

Türkiyə Belçikaya etiraz notası verib.

News24.Az bildirir ki, bu barədə Türkiyənin “Hurriyet” qəzeti xəbər verib. Xəbərdə bildirilir ki, Belçikanın Türkiyədəki səfiri Mişel Malherbe Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona Belçikada terrorçu PKK qruplaşması ilə əlaqəsi olan şəxslərə xəbərdarlıq edilməsinin qarşısının alınmasından Türkiyənin narahat olduğu çatdırılıb. 
Bildirilib ki, Türkiyə Belçikanın PKK ilə əlaqəsi olanlara xəbərdarlıq edilməməsi qərarından şikayət verəcək.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, Belçika Prokurorluğu tərəfindən terrorçu PKK qruplaşması ilə əlaqəsi olan 36 hüquqi və fiziki şəxsə qarşı başlayan cinayət işinin qarşısını alan qərar qəbuledilməzdir.