Bayden bundan imtina etdi
    • 31-08-2023, 10:55
    • 80

Bayden bundan imtina etdi

Qoşunların Əfqanıstandan çıxarılmasından iki il sonra ABŞ prezidenti Co Baydenin administrasiyası Taliban ilə əlaqələri genişləndirməkdən imtina edib.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır.

Nəşr qeyd edir ki, ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra bu ölkə vətəndaş müharibəsindən yayınıb. Taliban bir çox məqamlarda insan hüquqlarını pozsa da, korrupsiyaya qalib gələ və Əl-Qaidə kimi terror qruplarına qarşı mübarizə apara bildi.

Lakin ABŞ Əfqanıstana faktiki nəzarət edən hərəkatla əlaqələri genişləndirməkdən imtina edir. Baxmayaraq ki, Vaşinqtonun humanitar yardımı ölkədə ifrat yoxsulluğu aradan qaldıra, eləcə də su təchizatı, enerji sistemi və ya bank işi ilə bağlı problemlərin həllinə kömək edə bilər. Bundan əlavə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar xarici investisiyaları məhdudlaşdırır və iqtisadi vəziyyəti daha da gərginləşdirir.

Dövlət Departamentinin sözçüsü Vedant Patel aprel ayında deyib ki, “Talibanın hər hansı tanınmasından söhbət gedə bilməz”. Nəşr bildirib ki, Bayden 2024-cü ildə yenidən prezidentliyə seçilərsə, bu vəziyyət dəyişə bilər.

Aydan