Ermənilərin səfirliklərimizə hücumu - STATİSTİKA
    • 31-08-2023, 12:43
    • 155

Ermənilərin səfirliklərimizə hücumu - STATİSTİKA

Son illər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumların törədilməsi ciddi narahatlıq doğurur.

News24.az xəbər verir ki, avqustun 30-da Azərbaycan Respublikasının Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs səfirliyimizin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib.

Analoji hücumlar daha əvvəl ABŞ Livan erməniləri tərəfindən Azərbaycanın adı çəkilən ölkələrdəki səfirliklərinə də edilib, habelə Gürcüstandakı səfirliyimizə edilən basqın cəhdinin qarşısı polisin vaxtında müdaxiləsi ilə alınıb. Eyni zamanda Fransa, Böyük Britaniya və ermənilər yaşayan digər ölkələrdə də diplomatik nümayəndəliklərimizə hücumlar təşkil edilib.

Bu hücumlar 2020-ci il Tovuz döyüşlərindən və İkinci Qarabağ müharibəsindən sonra daha da artıb. 44 günlük müharibədə Azərbaycanın qələbəsə xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb.

Tarixə nəzər salsaq görərik ki, ermənilər ötən əsrin 70-ci illərindən başlayaraq türk diplomatlara qarşı bu cür xain hücumlar təşkil ediblər. 70-ci illərdə geniş vüsət alan terror aktları beynəlxalq miqyas alıb və 1973-1994-cü ildə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetirib. Şimali Amerika, Asiya, Avstraliya və əsasən də Qərbi Avropada, ümumiyyətlə 21 fərqli ölkədə törədilən terror aktlarında türk diplomatları ilə yanaşı, mülki şəxslər də həlak olublar. 

Ermənilərin yaxın bir neçə il ərzində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etdikləri hücumların bir neçəsi ilə bağlı məlumatları təqdim ediirk:

Ermənistan ordusunun 2022-ci il 12-13 sentyabrda Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatdan sonra radikal ermənilər bir sıra ölkələrdəki səfirliklərimizə hücum etməyə başladılar. Ermənilər Livan, Gürcüstan, ABŞ, Fransa, Yunanıstan və bir sıra digər ölkələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edir, radikal hərəkətlər edir və səfirliklərimizə hücuma cəhd göstərirdilər.

Livanda və Gürcüstanda polis radikalların səfirliklərə hücumuna imkan vermədi.

2022-ci il sentyabrın 16-da ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istədilər. Bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışdı. Lakin polis əməkdaşları bunun qarşısını aldı və toqquşma baş verdi. Əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutdu. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə də hücum etdilər.

Eyni gündə - sentyabrın 16-da ABŞ-dakı erməni lobbisinin nümayəndələri də Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndirdilər.


2022-ci il sentyabrın 18-də Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etdilər. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməmişdilər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Rəsmi Bakı Parisə hücumla əlaqədar etiraz notası təqdim edib.

2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Vaşınqtondakı səfirliyimizin xidməti avtomobilinə atəş açılması ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı, baş vermiş hadisə ilə bağlı rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edildi. 

Bu hücumların hamısının arxasında erməni radikalları, lobbisi və ermənilərin himayədarları dayanır.

Akqabay