-
- 31-08-2023, 22:10
- 371
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində - FOTOLAR
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
News24.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxıb.
Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazandığından bu nəticə ilə qrup mərhələsinə vəsiqə qazanıb. Beləliklə, Qurban Qurbanovun komandası ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.
31 avqust
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollar: Toral Bayramov, 24-pen.(1:0), Kosta Pinto, 36 (1:1)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
İlk oyun - 2:0
Fotolar: Teymur MAMMADOV