-
- 13-09-2019, 23:47
- 1 181
Çay yoxsa qəhvə FAYDALARI
Çayın tərkibində 300-dən çox müxtəlif birləşmələr və maddələr var. Tərkibinin belə zəngin olması çayı fizioloji cəhətdən dəyərli edir.
News24.az -ın məlumatına görə,
ay insan orqanizminə fizioloji təsirinə görə əvəzsiz içkidir. O, nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır, insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini gücləndirir, yuxunu dağıdır, yaxşı tərlədici vasitə rolunda çıxış edir. Başağrısını dayandırır, qan təzyiqini normaya salır. Gərgin fiziki və zehni əməkdən sonra çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətini bərpa edir.
Çayda xırda hissəciklərin, yəni ovuntunun miqdarı 1-3 faizdən çox olmamalıdır.
Ticarət şəbəkəsinə çay əsasən 1 kiloqramadək olan kütlədə bükülüb buraxılır. Çayı qablaşdırmaq üçün daxili və etiket karton podperqament folqadan, polivinilxlorid örtüklü kağızlardan istifadə edilir.
Çay havası yaxşı dəyişdirilən quru və təmiz yerdə saxlanmalıdır. Çayı rütubətli yerdə saxlamaq qadağandır.
Çayı fabrikdən buraxıldığı gündən etibarən 0-15 C dərəcədə 70 faiz nisbi rütubətdə 8 aya qədər saxlamaq olar. Ətirləndirilmiş çaylar isə 5 ay saxlanıla bilər. Çəkilib holiqramlı paketləşdirilmiş çayların təminatlı saxlanılma müddəti 2 ildir.
Eyni zamanda, qəhvə də qidalanmamızda özünəməxsus yer tutur. Qəhvənin quru maddələrinə kofein, zülallı maddələr, yağ, minerallı maddələr və s. daxildir. Bir qayda olaraq yüksəkkeyfiyyətli qəhvə sortlarında kofeinin miqdarı nisbətən çoxdur. Normal saxlanılma şəraitində ekstraktlı maddələrin miqdarı 7-10 il müddətində dəyişmir.
Qovurulmuş təbii qəhvə dənləri içərisinə podperqament, perqament və ya perqamin döşənmiş qutulara və paketlərə, qovurulub üyüdülmüş təbii əlavəsiz və əlavəli qəhvə isə tənəkə bankalara və ya içərisinə perqamin, perqament və podperqament sərilmiş kağız qutulara qablaşdırılır.
Qəhvə və qəhvə içkiləri təmiz və quru yerlərdə 75 faizdən çox olmayan nisbi rütubətdə saxlanmalıdır. Saxlanılma müddəti qablaşdırmadan asılı olaraq üyüdülməmiş qəhvə üçün 3-6 ay, üyüdülmüş qəhvə üçün isə 3-5 aydır. Qəhvə bankalara və yaxud da alüminium folqadan paketlərə qablaşdırılır. Qəhvə içkilərini isə 50-300 qram kütlədə təbii qəhvədə istifadə olunan taralara qablaşdırırlar. Saxlanılma müddəti 6 aydır.