ECOWAS-dan Niger üsyançılarına TƏKLİF
    • 1-09-2023, 08:33
    • 187

ECOWAS-dan Niger üsyançılarına TƏKLİF

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumətə 9 aylıq keçid hökuməti təklif edib.

News24.az xəbər verir ki, Nigeriya Prezidentliyindən verilən açıqlamaya görə, bunu Nigeriya prezidenti və ECOWAS prezidenti Bola Əhməd Tinubu təklif edib.

Nigeriyanın 1999-cu ildə hərbi dövlət başçısının başlatdığı 9 aylıq keçid dövründən sonra mülki idarəçiliyə qayıtdığını xatırladan Tinubu, "Nigerin hərbi səlahiyyətliləri səmimidirsə, bunun ölkədə təkrarlanmaması üçün heç bir səbəb görmürəm" deyib.
Günəş Mərd