Sabiq prezident malyariyaya yoluxdu - FOTO
    • 1-09-2023, 11:48
    • 197

Sabiq prezident malyariyaya yoluxdu - FOTO

Hərbi xunta tərəfindən devrilmiş Niger prezidenti Məhəmməd Bazum ailəsi ilə birlikdə malyariyaya yoluxub.

News24.az xəbər verir ki, bunu ölkənin keçmiş xarici işlər naziri Hassumi Məsud deyib.

Diplomatın sözlərinə görə, siyasətçinin vəziyyəti qənaətbəxşdir. Məsud həmçinin bildirib ki, Bazum oğlu və arvadı ilə birlikdə ağır şəraitdə saxlanılır.

“Onların elektrik enerjisi, yemək saxlamaq üçün soyuducusu yoxdur və hazırda olduqları yer olduqca istidir. Hazırda Nigerdə temperatur 40 dərəcədən yuxarıdır. Buna görə də, şəhərdə çoxlu ağcaqanad var. Onların hamısı ağcaqanadlara görə malyariyaya yoluxublar”, - deyən sabiq xarici işlər naziri qeyd edib.

Aynurə