Krımı bu yolla azad etmək olar - Zelenski
    • 1-09-2023, 18:10
    • 128

Krımı bu yolla azad etmək olar - Zelenski

“Krımın azad edilməsi məsələləri hərbi və ya diplomatik yolla həll oluna bilər. Hər şey düşmənin davranışından asılı olacaq”.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O qeyd edib ki, Krım, Donbass və digər ərazilər tam azad olunmadan Ukraynada və Avropa məkanında davamlı sülh ola bilməz. Digər sivil ölkələr kimi Kiyev də heç vaxt Rusiyanın işğalını tanımayacaq.

“Bu, diplomatik və ya hərbi yolla həll edilə bilər (Krımın azad edilməsi məsələsi - red.). Rusiya qoşunları əlavə təzyiq olmadan yarımadanı tərk etməlidir, bu, insanların həyatını xilas edəcək”, - Zelenski vurğulayıb.

Akqabay