Bakıda ev yandı
    • 4-09-2023, 10:15
    • 147

Bakıda ev yandı

Bakıda ev yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.