Şahzadə Endryu uşaqbazlıqda ittiham edilir:
    • 4-09-2023, 12:33
    • 105

Şahzadə Endryu uşaqbazlıqda ittiham edilir: "UŞAQLARI XÜSUSİ TƏYYARƏ İLƏ..."

Böyük Britaniya kralı III Çarlzın qardaşı Britaniya şahzadəsi Endryu Ukraynaya səfəri zamanı uşaqlara qarşı zorakılıqda ittiham olunub.

News24.az  xəbər verir ki, bu barədə “News9live” məlumat yayıb. 

“Şahzadə Endryu bir daha uşaq istismarı ilə bağlı ciddi ittihamlarla üzləşdi. Şahzadəyə qarşı yeni ittihamlar onun iyun ayında səfərdə olduğu Ukraynaya səfəri ilə bağlı irəli sürülüb. Hazırda şahzadə Kiyevin məşhur klublarından birində iki uşağa qarşı zorakılığa görə ciddi ittihamlarla üzləşib. İttihamı Kiyev klubunda Britaniya nümayəndə heyətinə ev sahibliyi etmək tapşırılmış nigeriyalı Ceyms Obasi təqdim edib. O, iki azyaşlı uşaq, 10 yaşlı oğlan və 12 yaşlı qızın şahzadənin yanına gətirilib. Şahzadə Endryu nigeriyalıdan onlar üçün yemək və içki təşkil etməyi xahiş edib. Tapşırıq yerinə yetirdikdən sonra uşaqların yanına qayıdanda Şahzadə Endryu uşaqlarla "qəbuledilməz" şəkildə davranıb.Uşaqlar çox qorxmuşdular, ağlayırdılar və çılpaq idilər. Hadisədən iki gün sonra Britaniya nümayəndə heyəti uşaqları xüsusi təyyarə ilə Parisə aparıb”, - nəşr yazıb.

Ayşən