Bütün dünyanın görüşdən gözləntisi budur - Türkiyə lideri
    • 4-09-2023, 15:23
    • 100

Bütün dünyanın görüşdən gözləntisi budur - Türkiyə lideri

Bütün dünya Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə taxıl müqaviləsi ilə bağlı məsləhətləşmələrini nəticə ümidi ilə izləyir.

News24.az xəbər verir ki, bu barədə Türkiyə lideri rusiyalı həmkarı ilə danışıqlara başlamazdan əvvəl deyib.

“Ən mühüm addım odur ki, bu gün bütün dünya Türkiyə-Rusiya zirvə görüşü zamanı taxıl dəhlizinin ardınca gedir. Onlar gözləyirlər ki, bu gün nəticəsi nə olacaq. Görüşlərimizin yekunu olaraq keçiriləcək mətbuat konfransında veriləcək mesajın belə olacağını düşünürəm. Başda inkişaf etməkdə olan Afrika ölkələri olmaqla bütün dünyaya doğru addım olacaq”, - deyə Ərdoğan bildirib.

Akqabay