Zelenskinin təyin etdiyi tatar nazir FETÖ-çüdür - Sensasion İDDİA
    • 4-09-2023, 18:44
    • 393

Zelenskinin təyin etdiyi tatar nazir FETÖ-çüdür - Sensasion İDDİA

“Ukrayna Prezidenti Vladimir Zelenskinin müdafiə naziri postuna gətirdiyi Rüstəm Umerov FETÖ-çüdür”.

News24.az xəbər verir ki, bu iddianı rusiyalı politoloq Sergey Markov səsləndirib.

O qeyd edib ki, Zelenski Putinlə Ərdoğan arasında aparılan danışıqlara müdaxilə edib. “O, Türkiyə Prezidentini təhqir edib, danışıqlar günü Ərdoğanın düşməni, Ərdoğanın çevriliş cəhdi təşkil etməkdə və Ərdoğana sui-qəsd cəhdində ittiham etdiyi əsas düşməni Fətullah Gülənlə fəal əməkdaşlıq edən Rüstəm Umerovu müdafiə naziri təyin edib. Ərdoğan Zelenskiyə bu təhqirə necə cavab verəcək?”, - Markov bildirib.

Akqabay