Qatar avtomobili vurdu, qadın sürücü öldü
    • 5-09-2023, 19:08
    • 559

Qatar avtomobili vurdu, qadın sürücü öldü

Moskva vilayətində Ramenskoyedə tənzimlənməyən Kuzyaevo keçidində elektrik qatarı və minik avtomobili toqquşub.

News24.az xəbər verir ki, faciəli hadisə Moskva Dəmir Yollarının Kazan istiqamətinin Qjel-Kurovskaya hissəsində baş verib.

Maşinist yolda Moskvadan Çerustiyə yaxınlaşan qatarın qarşısından çıxıb. 

Qəza nəticəsində vaqon relsdən çıxıb.

İlkin məlumata görə, avtomobilin qadın sürücüsü dünyasını dəyişib.

Aynurə