İpoteka vəsaitlərini mənimsəyən bank əməkdaşının şikayəti TƏMİN EDİLMƏDİ
    • 6-09-2023, 09:38
    • 360

İpoteka vəsaitlərini mənimsəyən bank əməkdaşının şikayəti TƏMİN EDİLMƏDİ

Bakı Apellyasiya Məhkəməsində İkülli miqdarda mənimsəmədə təqsirli bilinən “Kapital Bank” ASC-nin sabiq əməkdaşı Cahandar Əmrahlı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

News24.az-ın məlumatına görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə protest və şikayətlər dinlənilib. 

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilib, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Samir Əli