İtlər orkestrlə mahnı ifa etdi - VİDEO
    • 6-09-2023, 11:15
    • 164

İtlər orkestrlə mahnı ifa etdi - VİDEO

Danimarkada itlər orkestrlə "Motsart" ifa ediblər.

News24.az xəbər verir ki, Danimarkanın Kopenhagen şəhərində klassik musiqi festivalında orkestrə bəzi itlər əlavə edilib.

Yayılan görüntülərdə Volfqanq Amadey Motsartın atası Leopoldun az tanınan əsəri olan Ov Simfoniyasının ifasında üç it iştirak edib.

Baş dirijor Adam Fişer - bu rol üçün onlarla iti dinləmiş və o, bəstəkarın simfoniyanın bir hissəsinin ov itləri ilə müşayiət olunmasını istəyib.

Cookie, Sophus və Sica adlı itlər öz bacarıqlarına görə seçiliblər və üç aylıq təlim keçiblər.

Həmin görüntüləri təqdim edirik:

Aynurə