Koronaviruslu xəstələri itlər iyləyəcək
    • 17-08-2020, 10:02
    • 918

Koronaviruslu xəstələri itlər iyləyəcək

Dubay hava limanında koronavirusla mübarizəyə kömək etmək üçün it təlimçilərini və itləri işə götürürlər.

News24.az RİA-ya istinadən xəbər verir ki, itlərin əsasə vəzifəsi koronaviruslu sərnişinləri iyləməkdir. Araşdırma zamanı bəlli olub ki, itlərin koronaviruslu xəstəni iyləməklə aşkar etməsi 92 faizə bərabərdir.

Koronavirusu aşkarlamaq üçün itlərə təlim ciddi və uzun çəkir. Bunun üçün laboratoriya, xüsusi avadanlıq və xəstə insanların təri lazımdır.

Dubay Hava Limanı koronavirusla mübarizədə itlərdən istifadə edərək ilkə imza atıb.

İtlər insanlarla əlaqə yaratmadan uzaqdan işləyəcəklər.