Deputatların xarab maşınları rus maşınları ilə ƏVƏZLƏNƏCƏK
    • 6-09-2023, 13:13
    • 521

Deputatların xarab maşınları rus maşınları ilə ƏVƏZLƏNƏCƏK

Nəqliyyatın istismardan çıxarılması və ya xarab olması halında deputatların avtomobilləri yerli avtomobillərlə əvəz olunacaq. 

News24.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müvafiq məsələ Rusiya Prezidentinin Administrasiyası ilə müzakirə olunub. 

Xarici avtomobillərin Rusiya avtomobilləri ilə əvəzlənməsi təşəbbüsü Dövlət Dumasında iştirak edən bütün siyasi partiyaların liderləri tərəfindən dəstəklənib.

Aynurə