"Vaqner" terror təşkilatı elan ediləcək?
    • 6-09-2023, 11:04
    • 186

"Vaqner" terror təşkilatı elan ediləcək?

Rusiyanın muzdlu qruplaşması olan "Vaqner" Böyük Britaniya hökuməti tərəfindən terror qruplaşması kimi tanınacaq.

News24.az xəbər verir ki, bununla da, təşkilata üzv olmaq və ya ona dəstək olmaq qeyri-qanuni olacaq.

Parlamentə təqdim ediləcək sərəncam layihəsi onun aktivlərinin terrorçu mülkiyyət kateqoriyasına salınmasına və müsadirə edilməsinə imkan verəcək.

Britaniyanın daxili işlər naziri Suella Braverman  "Vaqnerin" Rusiyasının hərbi aləti olduğunu deyib.

O, onun Ukrayna və Afrikadakı fəaliyyətinin "qlobal təhlükəsizliyə təhdid" olduğunu söyləyib və "Onlar terrorçudur" deyə sonda qeyd edib.

Aynurə