ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə Putinə qarşı dəlil toplamaqda kömək edəcək
    • 6-09-2023, 21:28
    • 124

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə Putinə qarşı dəlil toplamaqda kömək edəcək

Respublikaçılar Partiyasının nümayəndəsi Maykl Makkolun başçılıq etdiyi ABŞ Konqresinin yüksək səviyyəli nümayəndə heyəti cümə axşamı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ilə görüşəcək və Rusiya Prezidenti Vladimir Putinə qarşı hərbi cinayətlərdə ittihamları müzakirə edəcək.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi nümayəndə heyətinin rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

M.Makkol deyib ki, Vaşinqton Putin qarşı olan ittihamları sübut etmək üçün Haaqa məhkəməsinə daha çox sübut və kəşfiyyat məlumatı toplamağa yardım etməyi nəzərdən keçirir.

ABŞ Çin və Rusiya kimi BCM-in üzvü deyil. Eyni zamanda, ABŞ Prezidenti Co Bayden daha əvvəl administrasiyasından Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı sübutları BCM ilə bölüşməyə başlamağı istəmişdi.

Rusiyanı soyqırımında ittiham etmək üçün kifayət qədər sübutların olub-olmadığını soruşduqda, nümayəndə heyətinin üzvləri vəziyyəti II Dünya Müharibəsi zamanı nasistlərin Avropanı işğalı ilə müqayisə ediblər.

“Mədəniyyəti, xalqı və dini silməyə çalışdığınız zaman, bu, elə soyqırımı deməkdir”, - M.Makkol deyib.