İsmayıllıda leysan yağışları fəsadlar törədib
    • 7-09-2023, 10:58
    • 111

İsmayıllıda leysan yağışları fəsadlar törədib

Dünən gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində İsmayıllının bir neçə kəndində elektrik dirəkləri sıradan çıxıb, böyük fəsadlar yaşanıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində İsmayıllı şəhəri, Talıstan, İvanovka, Cülyan və daha bir neçə dağətəyi kəndlərdə çox sayda abunəçinin elektrik xətləri qırılıb, dirəklər aşıb.

Hazırda bu istiqamətdə işlər aparılır.