-
- 7-09-2023, 14:38
- 310
Qırğızıstanda niqab ləğv ediləcək
Deputat Şarapatkan Majitova Qırğızıstan parlamentinin iclası zamanı ictimai yerlərdə niqab taxmağı qadağan etməyi təklif edib.
News24.az xəbər verir ki, bu barədə Kseniya Sobçak özünün Telegram kanalında deputatın çıxışından bir fraqment yayımlayıb.
Majitovanın sözlərinə görə, Özbəkistanda artıq ictimai yerlərdə üzü örtən paltarın geyinilməsini qadağan edən müvafiq qanun qəbul edilib, çünki bu, şəxsin şəxsiyyətinin müəyyən edilməsi prosesini çətinləşdirir.
Aynurə