-
- 14-10-2022, 11:12
- 255
İsveçrədə niqablı qadınlar cərimələnəcək - 1000 dollar...
İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər.
News24.az "Aljazeera"yə istinadən xəbər verir ki, belə geyimlərlə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (1001,32 dollar, 1703,08 azn) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib.
Xatıraladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.
İsveç hökümətinin rəsmiləri bildirir ki, bu, ictimai təhlükəsizliyi və asayişi təmin etmək üçün daha məqsədəuyğundur. Cəza prioritet deyil.
Qanun layihəsinə görə, ictimai yerdə üzü gizlətmək qadağandır. Gözlər, burun və ağız görünməlidir. Müsəlman qadın hicab geyinə bilər. Ancaq bütün bədəni örtən və sadəcə gözləri göstərən niqab taxa bilməz.
Qadağa ictimaiyyət üçün əlçatan olan bütün ictimai və ya özəl məkanlarda tətbiq edilir. Bunlara məktəblər, məhkəmələr, xəstəxanalar və ictimai nəqliyyatla yanaşı, restoranlar, mağazalar, kinoteatrlar və idman zalları daxildir.
Qanunda bir neçə istisna halları nəzərdə tutulur. Məsələn, təyyarədə, konsulluq və ya diplomatik binalarda, ibadət yerlərində üzünü örtmək mümkün olacaq. Sağlamlıq, təhlükəsizlik, hava şəraiti və ya yerli adət-ənənələr, habelə bədii, əyləncə və ya reklam məqsədləri üçün istisnalar nəzərdə tutulub.
Qeyd edək ki, qanun layihəsində burka və ya niqabın adı çəkilmir, lakin insanların ictimai nəqliyyatda, restoranlarda və ya küçədə gəzinti kimi ictimai yerlərdə üzlərini gizlətmələrini qadağan edərək, gözlərin, burnun və ağzın görünməsi lazım olduğunu qeyd edir.
İsveçrədəki İslam Təşkilatları Federasiyası, İsveçrənin tolerantlıq və sülhməramlılıq dəyərlərinin bu kimi müzakirələrdə zərər gördüyünü qeyd edib:
"Konstitusiyada geyim kodlarının qeyd edilməsi qadınlar üçün azadlıq mübarizəsi deyil, keçmişə doğru bir addımdır".
İsveçrə üz örtüyünün qadağan olunduğu 5 ölkədən biridir. Fransa 2011-ci ildə ictimai yerlərdə üzü tam örtməyə, Danimarka, Avstriya, Hollandiya və Bolqarıstanda isə ictimai yerlərdə üz örtüyünə tam və ya qismən qadağa qoyub.
"Amnesty International" üz örtüyü qadağasını “qadınların hüquqlarını, o cümlədən ifadə və din azadlığını pozan təhlükəli siyasət” adlandırıb. /Yeniavaz.com/