Bu ölkədə qadınların xaricə çıxışına qadağa qoyuldu - SƏBƏBİ
    • 7-09-2023, 15:52
    • 309

Bu ölkədə qadınların xaricə çıxışına qadağa qoyuldu - SƏBƏBİ

Ukrayna hökuməti oktyabrın 1-dən hərbi xidmətə çağırılacaq qadınların xaricə səfərini məhdudlaşdırmaq niyyətindədir.

News24.az xəbər verir ki, bunu Ali Radanın Təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fedor Venislavski deyib.

Millət vəkilinin sözlərinə görə, belə qadınlar yalnız xüsusi sənədlər təqdim edildikdən sonra ölkədən gedə biləcəklər. Bu, xaricə müvəqqəti səyahət üçün nəzərdə tutulur. 

Qeyd edək ki, deputat oktyabrın əvvəlindən ölkə hakimiyyəti qadın həkim və əczaçıları hərbi qeydiyyatdan keçməyə məcbur edəcəyini də deyib. 

Eyni zamanda, Venislavski vurğulayıb ki, digər peşələrin nümayəndələri də könüllü olaraq hərbi qeydiyyatdan keçə bilərlər. 

Qumral