NATO baş katibindən Rusiyanın hücumuna REAKSİYA
    • 7-09-2023, 16:14
    • 180

NATO baş katibindən Rusiyanın hücumuna REAKSİYA

“Şimali Atlantika Alyansı Rumıniyada pilotsuz təyyarənin dağıntıları ilə bağlı insidentin Rusiyanın qəsdən hücumu ola biləcəyi barədə məlumatı yoxdur”. 

News24.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Rumıniya hakimiyyəti pilotsuz təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib. Onlar dünən bu barədə NATO müttəfiqlərinə məlumat veriblər, hazırda araşdırma aparılır. Bizdə Rusiyanın hücum niyyəti barədə məlumat yoxdur”, - deyə o bildirib.

Stoltenberq vurğulayıb ki, bu vəziyyət Ukraynadakı münaqişə ilə bağlı “insidentlərin və qəzaların təhlükəsini göstərir”.

Qeyd edək ki, Rumıniyanın Milli Müdafiə naziri Anxel Tilver daha əvvəl Tulca əyalətində "pilotsuz təyyarənin parçaları ola biləcək zibillərin tapıldığını" bildirmişdi.

Ayşən