Ermənistana 85 ABŞ hərbçisi və zabiti GÖNDƏRİLƏCƏK
    • 8-09-2023, 16:21
    • 112

Ermənistana 85 ABŞ hərbçisi və zabiti GÖNDƏRİLƏCƏK

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin bəyanatları fonunda Ermənistan və Amerika Birləşmiş Ştatları arasında keçiriləcək birgə hərbi təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə “Reuters” beynəlxalq xəbər agentliyi məlumat yayıb. 

“Qartal tərəfdaşı 2023” adlı birgə təlimin sentyabrın 11-dən 20-dək keçirilməsi nəzərdə tutulub. 

Bildirilib ki, təlimlərdə ABŞ-ın 101-ci Hava Desant Diviziyasının 1-ci Briqadası və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.

Təlimin mərhələlərində taktiki manevrlərin keçirilməsi, qeyri-standart vəziyyətlərə cavab vermək üçün təlimlər, həmçinin piyada və texniki bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi daxildir.

Rusiya mətbuatında isə buna münasibət birmənalı olmayıb. Bildirilib ki, bu cür təlimlərin Rusiya üçün nə dərəcədə təhdid olduğu bilinmir.

Aynurə