Azərbaycanda həbs edilən əcnəbi ölkəsinə ekstradisiya EDİLDİ
    • 8-09-2023, 17:15
    • 203

Azərbaycanda həbs edilən əcnəbi ölkəsinə ekstradisiya EDİLDİ

Azərbaycanda həbs edilən xarici ölkə vətəndaşı ekstradisiya edilib. 

News24.az-ın məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib. 

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Oman vətəndaşı Al Balushi Zəkəriyyə Abdullah Hasanin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, Azərbaycandan Omana ekstrasiya edilib. 

Xatırladaq ki, Oman vətəndaşı Al Balushi Zəkəriyyə Abdullah Hasan öz ölkəsində cinayət törədib Azərbaycana qaçıb. O Oman Cinayət Məcəlləsinin 340-cı maddəsi ilə təqsirləndirilib və barəsində beynəlxalq axtarış elan olunub. 

O bu ilin əvvəllərində Bakıda saxlanılıb. 

Samir Əli