-
- 9-09-2023, 09:56
- 520
Təhlükəli asteroid Yerə yaxınlaşır
NASA-nın Yerə yaxın obyektlərin tədqiqi mərkəzinin saytında verilən məlumata görə, 34 ildən sonra diametri 1,2 kilometrə qədər olan potensial təhlükəli asteroid 349507 (2008 QY) yenidən Yerə yaxınlaşır.
Qeyd olunur ki, asteroid Yerə ən yaxın yaxınlaşmasını oktyabrın 3-də edəcək. Səma cismi ilə Yer arasındakı minimum məsafə 0,042 astronomik vahid və ya təxminən 6,3 milyon kilometr olacaq. Planetimizin orbitini 7,5 milyon kilometrdən az məsafədə keçən astronomik obyektlər potensial təhlükəli hesab olunur.
Alimlərin fikrincə, asteroidin diametri 520 metrdən 1200 metrə qədər ola bilər, cismin sürəti saniyədə 20,96 kilometrdir.
Astronomlar ilk dəfə 349507 asteroidini (2008 QY) 30 sentyabr 1989-cu ildə müşahidə etdilər. Obyekt 33,5 il ərzində “yoxa çıxıb”.
Aynurə