G20 liderləri Ukraynadakı vəziyyətlə bağlı razılaşmaya gəldilər
    • 9-09-2023, 15:37
    • 104

G20 liderləri Ukraynadakı vəziyyətlə bağlı razılaşmaya gəldilər

G20 sammitində iştirak edən ölkələrin liderləri yekun bəyanatda beynəlxalq ictimaiyyəti Ukraynadakı vəziyyətlə bağlı bütövlükdə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməyə çağırıblar.

News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Ukraynadakı müharibəyə gəlincə, Balidəki müzakirəni (2022-ci ilin noyabrında G-20 sammiti ) xatırladaraq, biz milli mövqelərimizi və BMT Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş qətnamələrimizi bir daha təsdiqlədik və vurğuladıq ki, bütün dövlətlər BMT-nin məqsəd və prinsiplərinə uyğun hərəkət etsin”, - deyə bəyanatda bildirilir.

Sənəddə daha sonra qeyd edilir ki, BMT Nizamnaməsinə uyğun olaraq, bütün ölkələr hər hansı dövlətin ərazi bütövlüyünü və suverenliyini və ya siyasi müstəqilliyini pozaraq əraziləri ələ keçirmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidir.

Aydan